Ruhani: İran üçün neft sənayesi strateji əhəmiyyətə malikdir
May 08, 2018 14:35 Asia/Baku
İran İslam Respublikası prezidenti neft sənayesinin İran üçün strateji əhəmiyyət daşıdığını bildirib.
İİR prezidenti Həsən Ruhani bu gün 23-cü beynəlxalq neft, qaz, neftayırma və neft-kimiya sərgisinə baxış keçirdikdən sonra neft sənayesi şirkətlərinin müdirləri toplusunda etdiyi çıxışında bu sektorun fəaliyyətlərini yüksək qiymətləndirib və deyib: Neft ümümiyyətlə İran və digər region ölkələri eləcə də dünya üçün strateji əhəmiyyətə malik olan sektordur.
23-cü beynəlxalq neft, qaz, neftayırma və neft-kimiya sərgisi 6 mayda öz işinə başlayıb. 3 gün davam edəcək sərgidə İran və dünyanın 4 mindən çox şirkəti iştirak edir.