May 08, 2018 14:36 Asia/Baku
  • General Rzayi: Narkotiklərlə mübarizə İran polisi üçün prioritet təşkil edir
    General Rzayi: Narkotiklərlə mübarizə İran polisi üçün prioritet təşkil edir

İran İslam Respublikası Hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı deyib: Narkotik maddələr və qaçaqmalçılıq ilə mübarizə İİR polisi üçün prioritet təşkil edir.

İRİB-in verdiyi məlumata görə, İİR hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı General Mayor Qasım Rzayi bu gün Tehanda Türkiyənin Jandarma baş komandanı Arif Çetin ilə görüşündə deyib: İran İslam Respublikası narkotiklərlə mübarizənin ön cəbhəsindədir və bu yolda bir çox şəhidlər vermişdir. 

İranın sərhəd qoşunlarının komandanı 2000-ci ildə Əfqanıstanda nakotiklərin illik istehsalının 200 ton təşkil etdiyini xatırladaraq deyib: Qərb dövlətlərinin Əfqanıstana daxil olmalarından sonra bu gün bu rəqəm 40 dəfə artıb. 

Görüşdə Türkiyə jandarma baş komandası da İranın sərhəd qoşunlarının nakotiklərin tranziti ilə mübarizə sahəsindəki tədbirlərini yüksək qiymətləndirərək İranla sərhəd əməkdaşlıqlarının genişləndirilməsinə çağırıb. 

Teqlər