Rusiya İranın öz öhdəliklərinə sadiq qaldığını vurğulayıb
-
Rusiya İranın öz öhdəliklərinə sadiq qaldığını vurğulayıb
Rusiyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq ABŞ prezidentinin Əhaətli Müştərək Təşəbbüs Proqramından(ƏMTP) çıxmasından nigaran qaldığını bildirib və İranın ƏMTP çərçivəsində bütün öhdəliklərini yerinə yetirdiyini vurğulayıb.
İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN bəyanatında deyilir: İran ƏMTP çərçivəsində öz öhdəliklərinə sadiq olub və bu fakt Atom Enerjisi üzrə Beynəxalq Agentlik tərəfindən davamlı şəkildə təsdiqlənib.
Bəyanatın başqa bir hissəsində deyilir: Rusiya Amerikanın bir daha bir çox ölkələrin istəyinə zidd olaraq və sadəcə özünün mənfəətçil və yaxın perspektivli mənafeləri istiqamətində hərəkət edəcəyi və beynəlxalq qanunları görməməzliyə vuracağından nigarandır.
Rusiya diplomatiya aparatının bəyanatında deyilir: Amerikanın ƏMTP-dən çıxması bir daha Vaşinqtonun qatıldığı razılaşmaların icrasından aciz qaldığını isbatladı. Bu hərəkət həmçinin göstərdi ki, Amerikanın İranın tamami ilə qanuni olan nüvə fəaliyyətlərinə qarşı iradları sadəcə siyasi hesab çürütmələri üçün bir bəhanədir.