İran universitet müəllim və tələbələri Trampın bəyanatını pisləyiblər
May 09, 2018 20:25 Asia/Baku
-
İran universitet müəllim və tələbələri Trampın bəyanatını pisləyiblər
İranda univesitet müəllimləri, tələbələri və tələbə qurumları aksiya keçirərək ABŞ prezidentinin səviyyəsiz sözlərinə etiraz ediblər.
Tehranın müxtəlif universitetlərinin qız və oğlan tələbələr və müəllimləri bu gün Amerikanın Tehrandakı keçmiş səfirliyi qarşısına toplaşaraq " Amerikaya ölüm" şüarları səsləndiriblər.
Tehran univesitetlərinin müəllim və tələbələri həmçinin islam inqilabının böyük rəhbərinin bu günkü bəyanatını dəstəklədiklərini bildiriblər.
İranın Əllamə Təbatəbayi və Sənəti Əmir Kəbir universitetlərinin tələbələri də bu gün günorta namazından sonra öz universitetlərində toplaşaraq ABŞ prezidenti Donald Trampın təhqiramiz sözlərini və onun nüvə sazişindən çıxmaq qərarını pisləyiblər.