May 13, 2018 12:49 Asia/Baku
  • Zərif: Çin-İran əlaqələri həmişə yaxşı və müsbət olub

İran İslam Respublikasının xarici işlər naziri deyib: Çin və İran əlaqələri daim yaxşı və müsbət olub. Və nüvə anlaşmasından sonra bu əlaqələr daha böyük həssaslıqla izlənilir.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Pekinə daxil olduqdan sonra Çin xarici işlər nazirinin Qərbi Asiya və Şimali Afrika məsələləri üzrə müavini Dank Li ilə görüşüb, danışıqlar aparıb. 

İran İslam Respublikasının xarici işlər naziri və Çin xarici işlər nazirinin müavini iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə və nüvə anlaşmasının qorunmasına təkid ediblər. 

Məhəmməd Cavad Zərif nüvə anlaşmasının perspektivlərini və İranın mənafeyinin təmin ediləcəyi təqdirdə bu anlaşmanın qüvvədə qalmasının mümkünlüyünü araşdırmaq məqsədi ilə bu gün səhər Çinə səfər edib. 

Teqlər