May 14, 2018 09:50 Asia/Baku
  • Pekin nüvə anlaşması çərçivəsində İran ilə daha artıq əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib
    Pekin nüvə anlaşması çərçivəsində İran ilə daha artıq əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi İran İslam Respublikası ilə əməkdaşlıqların bütün dahələrdə genişləndirilməsinə təkid edib.

İRNA-nın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib: Çin nüvə anlaşması çərçivəsində İran ilə münasibətlərin qorunmasında maraqlıdır. 

Qonq Şvanq İran xarici işlər nazirinin nüvə anlaşmasının qorunması ilə bağlı məsləhətləşmələr aparmaq üçün Pekin, Moskva və Brüsselə səfər etməsinə toxunaraq, deyib: Çin nüvə anlaşmasını imalayan ölkələrdən biri olaraq vəziyyəti yaxından izləyir və İran ilə anlaşmanın digər tərəfləri arasında əməkdaşlıqların genişləndirilməsini istəyir.

Məhəmməd Cavad Zərif İran İslam Respublikası prezidenti Həsən Ruhaninin göstərişi əsasında İranın mənafeyinin təmin ediləcəyi təqdirdə nüvə anlaşmasının qorunması imkanını araşdırmaq məqsədi ilə bu turneyə çıxıb. 

Tramp hökuməti 8 may tarixində ABŞ-ın nüvə anlaşmasından çıxdığını elan etdi. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini  ABŞ prezidentinin bu qərarından dərhal sonra AB-nin nüvə anlaşması çərçivəsində İran ilə əməkdaşlıqlarını davam etdirəcəyini bildirib. 

Britaniya, Fransa, Almaniya, Çin və Rusiya da nüvə anlaşmasında qalacaqlarını deyiblər. 

Teqlər