May 14, 2018 17:25 Asia/Baku
  • Şəmxani ABŞ səfirliyinin Qüdsə köçürülməsini qınadı
    Şəmxani ABŞ səfirliyinin Qüdsə köçürülməsini qınadı

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini qınayaraq, bu addımı qeyri-qanuni hərəkət adlandırıb.

Əli Şəmxani bazar ertəsi günü ABŞ səfirliyinin Qüdsə köçürülməsinə reaksiya olaraq deyib: ABŞ prezidenti Donald Tramp terrorizmi himayə etmək, nüvə anlaşmasından çıxmaq, beynəlxalq qaydaları pozmaq və Fələstin xalqının haqq və hüquqlarını tapdalamaqla strateji səhvlərə yol verməklə dünyada zorakılıq, ifratçılıq və xaosun simvoluna çevrilib. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: Qanunsuz İsrail rejiminin paytaxtının Qüdsə köçürülməsi İslam Dünyasının Fələstin xalqının hüquqlarını müdafiə üzrə iradəsini daha da möhkəmləndirməklə, bu fitnəkar planı hazırlayanları tam əks nəticə əldə edəcəklər. 

Şəmxani həmçinin deyib: Qüds şəhəri ilə bağlı istənilən qərarın siyasi və təhlükəsizlik nəticələrini nəzərə alaraq, bu kimi ağılsız addımlardan doğan gərginlik və böhrana görə birbaşa olaraq sionist rejim və Amerika məsuliyyət daşıyır. 

Şəmxani Qüdsü Fələstinin ayrılmaz hissəsi adlandırıb və deyib: Bu diyarın taleyi ilə bağlı qərar qəbul etmək haqqı sadəcə bu torpaqların yerli və həqiqi sakinlərinə aiddir. Heç bir ölkə Fələstin xalqının qanuni haqqını görməməzliyə vuraraq, bu İslam ölkəsi üçün qərar qəbul edə bilməz. 

ABŞ prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıdı və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı göstəriş verdi. ABŞ səfirliyi bu gün bir amerikalı heyətin də iştirak etdiyi mərasimdə rəsmən Təl-Əvivdən Qüdsə köçürülüb. 

Teqlər