May 22, 2018 21:33 Asia/Baku
  • İran parlamentinin deputatları: BƏƏ ilə münasibətlərə yenidən baxılsın
    İran parlamentinin deputatları: BƏƏ ilə münasibətlərə yenidən baxılsın

İran İslam Şurası Məclisinin nümayəndələri Tehranın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinə yenidən baxılmasını istəyiblər.

İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin 60 deputatı çərşənbə axşamı günü İran İslam Respublikası prezidenti Həsən Ruhanidən Birləşmiş Ərəb Əmirliklərinin İran İslam Respublikasına qarşı mövqeyi və ABŞ dövlət katibinin düşmənçilik xarakterli açıqlamasını dəstəklədiyinə görə, Tehranın BƏƏ ilə münasibətlərinə yenidən baxmasını istəyib.

Birləşmiş Ərəb Əmirliklərinin xarici məsələlər üzrə müşavir naziri Ənvər Qərqaş bazar ertəsi gecə öz Twitter səhifəsində ABŞ dövlət katibi Mayk Pompeonun İran əleyhinə açıqlamasını dəstəkləyib və onu İran İslam Respublikası qarşısında düzgün yol adlandırıb.

İran İslam Şurası Məclisinin nümayəndələri həmçinin Avropa Birliyi, Fransa prezidenti, Almaniya kansleri və İngiltərə baş nazirindən nüvə sazişində iştirakın davamı və bu sazişin öhdəliklərinin icra olunması haqda yetərli zəmanətlərin alınmasının vacibliyini vurğulayblar.

Teqlər