General Baqeri: İranın silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir
İran silahlı qüvvələrinin baş qərargah rəisi deyib: İranın silahlı qüvvələri bu gün hər zamadakından daha çox döyüş hazırlıqları və müdafiə qüdrəti baxımından zirvədə durur.
General-leytenant pasdar Mohəmməd Baqeri bu gün, İraqın İrana qarşı qəbul etdirilmiş müharibəsi zamanı Xürrəmşəhrin azad edilməsi münasibətilə İran İslam Şurası Məclisinin açıq iclasında əlavə edib: İran İslam Respublikası öz müdafiə qüdrətinin genişləndirilməsi üçün heç bir qüdrətdən icazə və ya təbəssüm gözləmir və silahlı qüvvələr İran xalqının himayədarı kimi islami vətənin sərhədlərini və ölkənin milli maraqlarını müdafiə etməklə məşğuldurlar.
İran silahlı qüvvələrinin baş qərargah rəisi bildirib ki, bütün xalqların tarixində böyük savaşlar dönüş nöqtəsi sayılır. O, deyib: İran xalqı qəbul etdirilmiş müharibə zamanı nəinki öz torpaqlarının bir qarışını belə itirmədi, əksinə qəbul etdirilmiş müharibədən qələbə ilə çıxaraq, sonrakı onilliklər üçün İranın təhlükəsizliyi və asayişini təmin edə bildi.
General Baqeri vurğulayıb: Xürrəmşəhrin azad edilməsi təcavüzkar düşmənə qarşı hücumlar, onun məğlub edilməsi və ölkədən çıxarılması mərhələsində bir dönüş nöqtəsi idi.
Sabah, mayın 24-ü, İraqın İrana qarşı qəbul etdirilmiş müharibəsində Xürrəmşəhrin azad edilməsinin ildönümü günüdür.
Xürrəmşəhrin azad edilməsi İraqın İrana qarşı qəbul etdirilmiş müharibəsi zamanı 1982-ci ildə keçirilən Beytulmuqəddəs əməliyyatının ən mühüm hədəflərindən idi. Bu şəhər 578 gündən sonra İraqın bəəs rejiminin işğalından çıxarıldı.