İran ABŞ məhkəmələrinin İran İslam Respublikasına qarşı qərəzli qərarlarını qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi Nyu-York məhkəməsinin 11 sentyabr 2001-ci il hadisələri ilə əlaqədar İran əleyhinə çıxartdığı qərara reaksiya olaraq, deyib: İran İslam Respublikası daim ABŞ məhkəmələrinin qiyabi, qərəzli, siyasi və heç bir hüquqi bazası olmayan qərarlarını qınayıb və bu qərarları qəbuledilməz hesab edir.
İRNA-nın məlumatına görə, Bəhram Qasemi deyib: İranın bu hadisədə hansısa rola malik olmasına dair heç bir dəlil və sübutun olmadığı bir şəraitdə İrana qarşı belə bir qərarın çıxarılması 11 sentyabr hadisəsinin qurbanı olan ABŞ xalqını lağa qoymaq deməkdir.
Nyu-York məhkmələrindən biri son zamanlar İran İslam Respublikasının iştirakı olmadan keçirilən məhkəmə iclasında hansısa fakt təqdim olunmadan, İranı 11 sentyabr hadisələrinə görə müqəssir hesab və İranı hadisə qurbanlarına 6 milyard dollar kompensasiya ödəməyə məhkum edib.
2017-ci ildə ABŞ Konqresinin 11 sentyabr hadisəsi ilə bağlı təhqiqat və araşdırma qrupunun hesabatının 28 səhifəsi yayımlanmışdı.
Bu sənədlərdə 11 sentyabr hadisəsini törədən 19 nəfərən 15-nin Ərəbistan vətəndaşı olduğu bildirilir. Bu hadisədə iştirak edənlərdən ikisi də Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub.