Əli Laricani bir daha parlament sədri seçildi
https://azeri.sahartv.ir/news/İran-i310204-Əli_laricani_bir_daha_parlament_sədri_seçildi
Əli Laricani səslərin əksəriyyətini qazanalar 10-cu parlamentin 3-cü ili üçün də sədrliyini qoruyub-saxlaya bildi.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 30, 2018 05:57 Asia/Baku
  • Əli Laricani bir daha parlament sədri seçildi

Əli Laricani səslərin əksəriyyətini qazanalar 10-cu parlamentin 3-cü ili üçün də sədrliyini qoruyub-saxlaya bildi.

İran İslam Respublikası İslami Şura Məclisinin rəyasət heyəti üzrə seçkilər bu gün 279 deputatın iştirakı ilə keçirildi və səsvermənin 2-ci mərhələsində Əli Laricani səslərin 147-ni qazanaraq 3-cü il dalbadal parlament sədri seçildi. Sədrliyə digər namizəd Məhəmmədrza Arif isə 123 səs qazandı. Hesablanmayan səslərin sayı isə 9 səs olub. 

Parlamentin bu günkü plenar iclasında rəyasət heyətinin üzvlərinin seçilməsi gündəmdə durub və ilk öncə bu vəzifələrə namizədlərin adları təqdim olunub. səsvermənin ilk mərhələsində namizədlər çoxluq qazana bilmədiklərində, bu mərhələ, parlament sədrinə səsvermədə təkrarlanıb.