Rəbii: Qoşulmama Hərəkatı dünya iqtisadiyyatında önəmli rol oynaya bilər
İranın koorporasiya, əmək və əhalinin sosial rifahı naziri deyib: Qoşulmama Hərəkatı dünya iqtisadiyyatında daha effektli cənub-cənub əməkdaşlıqları istiqamətində inkişaf etməkdə olan ölkələrin iradəsinin reallaşmasında önəmli rol oynaya bilər.
Beynəlxalq Əmək Təşkilatının iclasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Əli Rəbii, Qoşulmama Hərəkatının əmək nazirlərinin iclasında, yoxsulluğun bütün formalarına son qoymaq üçün çatışmazlıqların aradan qaldırılması ilə məşğul olmağın böyük zərurət daşıdığını bildirib və deyib: Mövcud proses olduğu kimi davam edərsə, hamının üz-üzə duracağı ən əsas təhlükə, geniş yayılmaqda olan bərabərsizliklər olacaq.
Rəbii Amerikanın nüvə sazişindən çıxmasına toxunaraq deyib: ABŞ dövləti bu ölkənin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini pozaraq müzakirə, əməkdaşlıq və siyasi razılaşmalara qarşı təhdiddir.
İranın koorporasiya, əmək və əhalinin sosial rifahı naziri bildirib: Qoşulmama Hərəkatına üzv ölkələr bu durumun xüsusi ilə fəhlələr və onların fəaliyyətinə qarşı təhlükələrini başa düşərək, ƏMTP və beynəlxalq hüquqa siyasi dəstək verməlidirlər.
Əli Rəbii sionist rejimin fələstinlilərə qarşı zalımcasına qeyri-insani hərəkətlərinə son qoyulmasına çağırıb.