İyun 07, 2018 08:23 Asia/Baku
  • İİR XİN-in Ümumdünya Qüds günü ilə bağlı bəyanatı

İranın Xarici İşlər Nazirliyi bir bəyanatda builki Ümumdünya Qüds gününün həssaslığını xatırladaraq, dünyanın bütün müsəlman və azadlıqsevər xalqlarından, xüsusən İran xalqından istəyibdir ki, bu günün yürüşündə iştirak edərək, məzlum Fələstin xalqına dəstək olsunlar.

İran Xarici İşlər Nazirliyinin dünəngecəki bəynatında deyilir: Mübarək Ramazan ayının sonuncu cüməsində qeyd edilən İmam Xomeyni(r.ə)-dən qalmış yadigar olan Ümumdünya Qüds günü onun elan olunmasından qırx ilə yaxın bir müddətin keçməsi ilə, dünyada qəsbkar sionist rejimin işğalçılığı, aparteidi, qətli-amı, təfriqə salması və böhran yaratması ilə mübarizə sahəsində bir fürsətə çevrilibdir.

İran Xarici İşlər Nazirliyi bildirib: Şübhəsiz, işğalçılıq, hərbi və bəşəriyyətə qarşı cinayətlər, beynəlxalq qanunların ardıcıl şəkildə pozulması, fələstinlilərin didərgin salınmaları, qadın və uşaqların qırğın edilmələri, qonşu ölkələrin suverenlikləri və ərazi bütövlüklərinə təcavüz və onların pozulması və xüsusən terror qruplarının himayə edilməsi kimi yetmişillik bir keçmişə malik olan qəsbkar sionist rejimin siyasət və planları ilə mübarizə, müsəlman dövlətlər və xalqların birliyi və himayəsini tələb edir.

İran Xarici İşlər Nazirliyinin bəynatında vurğulanır: Sionist rejim son aylarda və yetmiş il təcavüz və işğalçılığın davamında işğal olunmuş Fələstin ərazilərində heç bir cinayət və həyasızlıqdan çəkinmir və Amerika hökuməti də öz səfirliyini Qüdsi-Şərifə köçürmək kim fitnə ilə bu cinayətə təsdiq möhürü vurubdur.

İran Xarici İşlər Nazirliyi bildirib: Hazırkı vəziyyət Qüds gününü Fələstin məsələsində ən həssas tarixi zaman kəsiklərindən birinə çevribdir ki, işğal və zülm altında olan məzlum Fələstin xalqına və onun qanuni mübarizələrinə dəstək istiqamətində təyinedici bir fürsət yarada bilər.

Teqlər