Sepah: Qəhrəman Fələstini qəsb edənlərlə əlaqələrin adiləşdirilməsi uğursuz qalıbdır
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah Fələstində anti-sionist intifazə və müqavimət təfəkkürünün əsasının qoyulmasını şücaətli və qəhrəman fələstinlilərin və İslam ümmətinin Beytulmuqəddəsin azadlığı üzrə amala nail olmaq üzrə yumşaq gücü adlandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah dünən Qüds günü münasibətilə yaydığı bəyanatda bildirib: Mübarək Ramazan ayının sonuncu cüməsinin İmam Xomeyni(r.ə)-in tarixyaradıcı və təyinedici təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılmasından 39 ilin ötməsi ilə Fələstin məsələsi və Qüdsi-Şərifin azadlığı bu gün beynəlxalq bir məsələyə və amala çevrilibdir.
Bəyanatda sonra deyilir: Ümumdünya Qüds günü, bir tərəfdən, Fələstinin məzlum və müsəlman xalqına hərtərəfli dəstək yolunda İslam ümmətinin birliyini yaradıb, digər tərəfdən də sionist rejimi və işğalçılığın himayədarı olan cəbhəni hər bir tarixi dövrdə olduğundan daha artıq zəif mövqedə qoyubdur.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında sonra belə deyilir: Fələstin İslam Müqaviməti "qayıdış" intifazəsi ilə yeni və təsirli bir mərhələdə qərar tapıb və Qəzzə zolağı hər gün sionist rejimin bu diyarın xalqını qırğın etmək üzrə yeni cinayətlərinin yaranmasının şahididir və bu göstərir ki, işğalçılığa qarşı müqavimət təfəkkürü yeni fələstinli nəsillərinin varlığının dərinliklərində kök salıb və yetmişillik müqavimət keçmişinə əsasən, işğalçıların büsatını yığışdıracaqdır.
Ümumdünya Qüds günü yürüşü sabah, iyunun səkkizində, həmçinin 1439-cu hicri qəməri ili ramazan ayının 23-də İranla yanaşı digər ölkələrdə də keçiriləcək.