İyun 08, 2018 13:44 Asia/Baku
  • Laricani: Fələstin xalqının müqaviməti və oyanışı sionistləri nigaran edib
    Laricani: Fələstin xalqının müqaviməti və oyanışı sionistləri nigaran edib

İran İslam Şurası Məclisinin sədri və Tehranda Ümumdünya Qüds Günü yürüşünün natiqi deyib: Bu gün müqavimət və Fələstin xalqının oyanışı sionist rejimi çoxlu nigaranlıqla üzləşdirib və təhlükəsizliklərinin zəif olduğunu onlara anladıb.

Əli Laricani sionist rejimin hazırkı dəyişikliklər prosesinin müqavimət cəbhəsinin qüdrəti və müsəlmanların oyanışın artması olduğunu bəyan edərək deyib: Sionistlərin nigaranlığı daha çox artıb və İran xalqının Ümumdünya Qüds Günü yürüşündəki irimiqyaslı iştirakı iranlıların məzlum Fələstin xalqına dəstəyinin nişanəsidir.

İran parlamentinin sədri ABŞ və sionistlərin dünyanın ümumi fikrini Fələstin məsələsindən yayındırmaq üçün İrana təzyiq göstərdiklərini bildirib və deyib: Fələstinlilərin son Qayıdış Haqqı yürüşündə təxminən 200 şəhid və minlərlə yaralı verməsinə rəğmən, sionist rejimi gərginliklə üzləşdirib.

Laricani İran əleyhinə təzyiqin tətbiq olunması haqda ABŞ, sionist rejim və Səudiyyə Ərəbistanı üçlüyünə xəbərdarlıq edərək deyib: İsrail rejimi və Səudiyyə Ərəbistanı regionda hərc-mərcliyin mənşəyidir və onlar İranı kənara sıxışdırmaq istəsələr, öz təhlükəsizlikləri hədələnəcək.

İran xalqının həmişə Fələstinə hərtərəfli dəstəkdə öncül olduğunu bildirən İran parlamentinin sədri əlavə edib: Regionun hazırkı şəraiti müqavimət qüvvəsinin gücləndiyini, təslimçi saziş planlarının iflasa uğradığını, müqavimətin Fələstinin yeganə həll yolu olduğunu əks etdirir.

İran İslam Şurası Məclisinin sədri ABŞ-ın "Əsrin Böyük Müqaviləsi" adlı planına toxunaraq deyib: Amerikalılar yuxuya qapıldıqlarını bilməlidirlər. Çünki fələstin xalqının məsələsi pul deyil, pulla vətənə sevgi, qeyrət və şərafəti məhv etmək olmaz.

Teqlər