Ruhani: Tehran və Pekin strateji əməkdaşlıqların bütün sahələrdə davam etməsində əzmkardırlar
İran İslam Respublikası və Çin prezidentləri iki ölkə arasındakı əməkdaşlıqların genişlənməsinə toxunaraq iki dövlətin bütün sahələrdə strateji əməkdaşlıqlaırn davam etdirilməsində əzmkar olduğunu vurğulayıblar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən Çinqdao şəhərində keçirilən iki ölkənin yüksək səviyyəli heyətlərinin görüşündə , eləcə də Çin prezidenti Xi Cinpinq ilə görüşdə bu ölkəni İranın ilk ticarət şəriki adlandıraraq deyib: İki ölkənin milli pulu ilə ticarət qarşılıqlı əməkdaşlıq prossesinin davam etməsinə gətirib çıxaracaq və bank əməkdaşlıqlarının inkişafı, iki ölkə arasındakı razılaşmaların icrası və əməkdaşlıq səviyyəsinin daha da yüksəlməsinə ən böyük zəmin yaradacaq.
İran İslam Respublikası prezidenti həmçinin Çinin Əhatəli Müştərək Təşəbbüs Proqramının əldə olunmasındakı önəmli roluna toxunaraq deyib: Bu gün də ƏMTP-nin möhkəmlənməsində və digər ölkələr tərəfindən icra olunmasındakı rolu son dərəcə önəmlidir.
Ruhani İranın Çin şirkətlərinin İranın enerji sektorunda investisiya qoymaları və nəqliyyat, sənaye, elmi və texnoloji sahələrdə əməkdaşlıqlar aparmalarını müsbət qarşıladığını bildirərək deyib: İki ölkənin terrorizm, ifratçılıq və qaçaqmalçılıq ilə mübarizə sahəsindəki əməkdaşlıqları regional stabillikdə təsirlidir və bu əməkdaşlıqlar davam etdiriləcək.
Görüşdə Çin prezidenti Şi Cinpinq də İranın təsirli iştirakının Şanxay Əməkdaşlıq Təşkilatının büynəlxalq nüfuzunun güclənməsinə səbəb olduğunu bildirərək deyib: İki ölkənin iqtisadi sahədə strateji əməkdaşlıq müqaviləsinin tam icrasındakı iradəsi qarşılıqlı etimadın artmasını göstərir.
Şi Cinpinq həmçinin ƏMTP-ni çoxtərəfli böyük nailiyyət və regional sülh və təhlükəsizliyin təminatçısı adlandıraraq deyib: Amerikalılar özbaşınalıq əhval-ruhiyyəsi ilə və beynəlxalq qanunlar və öhdəlikləri görməməzliyə vurmaqla öz istədikləri kimi beynəlxalq sistemi dəyişmək istəyirlər.