General Cəfəri: Ərəb-Qərb koalisiyası Əlhudəydədə məğlub olub
-
General Cəfəri: Ərəb-Qərb koalisiyası Əlhudəydədə məğlub olub
Sepah-ın baş komandanı ötən günlərdə Yəməndə baş vermiş olayalara toxunaraq, deyib: Ərəb-Qərb koalisiyası Əlhudəydədə məğlub olub və yaxın gələcəkdə Yəmən xalqının qələbəsinin şahidi olacağıq.
Təcavüzkar səud koalisiyası iyunun 13-də Yəmənin qərbində yerləşən Əlhudəydə limanını işğal etmək üçün geniş hücumlara başlayıb.
Sepah-ın baş komandanı general-leytenant pasdar Mohəmməd Əli Cəfəri bu gün səhər Tehranda keçirilən bir mərasimdə İranın regiondakı uğurlarına işarə edərək, deyib: İraq, Livan və Suriya xalqlarının qələbələri müqavimət mehvərinin imperialist qüdrətlərin və onların muzdurları üzərində qələbəsidir.
General Cəfəri həmçinin İranın raket qüdrəti barədə belə deyib: İran İslam Respublikası elmi cəhətdən raketlərin mənzillərini artırmaq bacarığına malikdir, lakin hələlik İranın siyasəti raketlərin mənzillərinin artırılması deyildir.
Sepah-ın baş komandanı söyləyib: İran raketlərinin elə bu iki min kilometrlik mənzilində düşmənlərin bir çox strateji hədəfləri durur və elə bu mənzil İran İslam Respublikasının təhlükəsizliyini təmin edir.