İyun 22, 2018 19:31 Asia/Baku
  • Zəngənə: Ərəbistanla anlaşma çərçivəsini əldə etdik
    Zəngənə: Ərəbistanla anlaşma çərçivəsini əldə etdik

İranın neft naziri Bijən Zəngənə Vyanada OPEK-in 174-cü iclası başlamazdan öncə bildirib ki, Ərəbistanın energetika naziri ilə danışıqlarda neftin istehsalı səviyyəsi ilə əlaqədar anlaşma çərçivəsi əldə olundu.

İranın neft naziri Bijən Zəngənə və Ərəbistanın energetika naziri Xalid Bin Əbdüləziz əl-Falih OPEK-in bugünkü iclası başlamazdan öncə görüşüblər.

Zəngənə yekun mətnin təsdiqlənməli olduğunu bildirərək Tehran və Ər-Riyad arasında siyasi gərginliklərə rəğmən, Ərəbistanın energetika naziri ilə əlaqələrini münasib adlandırıb.

O açıqlamasının digər bir hissəsində ABŞ-ın İran əleyhinə birtərəfli sanksiyalarına toxunub və xəbərdarlıq edib ki, sanksiyalar İran neftinin istehsalının azalması ilə nəticələnərsə, bu məsələ istehlakçıların xeyrinə olmayacaq.

Məlumatlı dairələr bildiriblər ki, OPEK üzvləri iyul ayından istehsalın gündəlik bir milyon barel artırılması üzrə razılığa gəliblər.

Bu artım kağız üzərindədir və həqiqi artım bundan az olacaqdır. Çünki son vaxtlar öz istehsalnı azaldan bir neçə ölkə tam paya qayıtmaq üçün çalışacaqlar və başqa istehsalçılar bu boşluğun doldurulmasına imkan verməyəcəklər.

Teqlər