Avropanın bir həftə vaxtı var
İran xarici işlər nazirinin müavini: Avropanın İrana zəmanətlər paketi və təklifləri təqdim etmək üçün çox vaxtı yoxdur və biz cari ayın sonuna qədər bu paketin təqdim olunacağını təsəvvür edirik.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Avropanın İrana zəmanətlər paketini vermək üçün çox vaxtı olmadığını deyərək bildirib: Biz Avropanın bu ayın sonuna qədər paketi təqdim edəcəyini təsəvvür edirik. Paketə əsasən biz nüvə sazişi ilə əlaqədar hansı şəkildə hərəkət edəcəyimizə qərar verəcək, bu sazişdə qalıb-qalmayacağımızı müəyyənləşdirəcəyik.
İran xarici işlər nazirinin müavini Abbas İraqçı ABŞ-ın nüvə sazişindən çıxmasından sonra bu sazişin son vəziyyəti haqda fikir mübadiləsi aparmaq məqsədilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun dəvəti ilə Moskvaya səfər edib.
İraqçı və Ryabkov İran xalqının təbii hüququnun təmin olunması məqsədilə nüvə sazişində qalan üzvlərin lazımi həll yolları və proqram təklif etməsinin vacibliyini vurğulayıblar.