İraqçı: İranın nüvə anlaşmasında qalması bu anlaşmanın digər tərəflərinin addımlarından asılıdır
İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib ki, İranın nüvə anlaşmasında qalması Avropa ölkələri, Rusiya və Çinin addımlarından asılıdır.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə məşvərət üçün Moskvaya səfər etmiş Seyid Abbas İraqçı nüvə anlaşmasının vəziyyətinin dəyərləndirilməsi barədə IRNA ilə müsahibəsində əlavə edib ki, Tehran nüvə anlaşmasında qalan digər üzvlərin İran İslam Respublikasının bu anlaşmadakı maraqlarını təmin edə bilib-bilməyəcəklərini gözləyir.
İraqçı "Dəfələrlə İranın Avropa ölkələrindən intizarları irəli sürülüb; sizcə, Rusiyadan da müəyyən gözləntilər varmı?" sualının cavabında bildirib ki, İran-Rusiya əlaqələri nüvə anlaşmasından daha genişdir.
Moskvanın mövqeyinin nüvə anlaşmasının qorunmasına söykəndiyini vurğulayan İran İslam Respublikası xarici işlər nazirinin müavini qeyd edib ki, Kreml daim İranın nüvə anlaşmasındakı maraqlarına zəmanət verilməsinə israr edir.