İranın Ankaradakı səfiri Türkiyə xalqının seçkilərdə geniş iştirakını təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i315048-İranın_ankaradakı_səfiri_türkiyə_xalqının_seçkilərdə_geniş_iştirakını_təbrik_edib
İran İslam Respublikasının Ankaradakı səfiri dünən gecə Türkiyə xalqının seçkilərdə geniş iştirakı münasibətilə bu ölkənin xalqı və dövlətini təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2018 05:23 Asia/Baku
  • İranın Ankaradakı səfiri Türkiyə xalqının seçkilərdə geniş iştirakını təbrik edib
    İranın Ankaradakı səfiri Türkiyə xalqının seçkilərdə geniş iştirakını təbrik edib

İran İslam Respublikasının Ankaradakı səfiri dünən gecə Türkiyə xalqının seçkilərdə geniş iştirakı münasibətilə bu ölkənin xalqı və dövlətini təbrik edib.

Mohəmməd Ebrahim Taheriyan Fərd Türkiyədə eyni vaxtda təşkil olunmuş parlament və prezident seçkilərinin uğurla keçirilməsini bu ölkə xalqının milli iradəsinin reallaşması istiqamətində atılan addım adlandırıb və deyibdir ki, bu seçkilərin təhlükəsiz keçirilməsi Türkiyənin xalqı və dövlətinin müvəffəqiyyətlərindən biridir.

Türkiyənin 26-cı parlament və prezidentlik sistemi çərçivəsində bu ölkənin ilk prezident seçkiləri dünən- iyunun 24-də keçirildi.