Ruhani: İran xalqı iradələrin mübarizəsində ABŞ-ı məğlub edəcək
İran İslam Respublikası prezidenti çərşənbə günü günortadan sonra İran xalqının təcavüzkar və zorakılar qarşısıdna heç vaxt boyun əymədiyini və əyməyəcəyini bildirərək deyib: İranlılar iradələrin mübarizəsində ABŞ-ı məğlub edəcəklər.
Həsən Ruhani İran hökumətinin yüksək səviyyəli müdirlərinin həmrəylik iclasında ABŞ-ın nüvə sazişindən çıxmasına toxunub və deyib: Bu hadisədən 51 gün keçir. Bu müddət ərzində dünyanın bütün ölkələri Tramp və ABŞ başçılarını qınadılar. Lakin heç kim İran İslam Respublikasının geri çəkildiyini və ya sanksiyalardan qorxduğunu demədi. Əksinə hamı İranın məntiqi və tədbirindən söz açdı.
İran İslam Respublikası prezidenti nüvə sazişinin hələ də qüvvədə olduğunu bildirərək xatırladıb: Amerikalılar, sionistlər və regionda İran İslam Respublikasının bədxahları ABŞ-ın nüvə sazişindən çıxmasını elan etməsi ilə İranın da dərhal bir neçə saat sonra bu sazişdən çıxacağını təsəvvür edirdilər. Lakin İran emosiyalara qapılmadı və tələsik qərar vermədi.
Ruhani əlavə edib: İslam Respublikasının dostlar, Avropa ölkələri, Rusiya və Çinin müraciəti ilə nüvə sazişini qorumaq üçün bu ölkələrə fürsət verdiyini elan etdiyi vaxt, amerikalılar, sionistlər və regionun bədxahları quruyub-qaldılar, İran xalqının məntiqi tərəfindən düşünmədikləri zərbəni aldılar.
İran İslam Respublikası prezidenti ABŞ-a təslim olmaq, daxili ixtilafları davam etdirməklə ABŞ qarşısında müqavimət göstərmək, daxili ixtilafları davam etdirmədən və milli izzəti qorumaqla ABŞ qarşısında müqavimət göstərməyi İran İslam Respublikasının ABŞ-ın nüvə sazişi haqda yeni qərarı qarşısında üç həll yolu olduğunu bildirərək deyib: İran xalqı üçüncü həll yolunu seçdi və ABŞ-ı iradələrin mübarizəsində diz çökdürəcək.