İyun 30, 2018 18:22 Asia/Baku
  • Cahangiri Gürcüstanın yeni baş nazirini təbrik etdi
    Cahangiri Gürcüstanın yeni baş nazirini təbrik etdi

İran İslam Respublikasının vitse-prezidenti Mamuka Baxtadzeni Gürcüstanın yeni baş naziri seçilməsi münasibətilə təbrik edib.

İRNA-nın məlumatına görə, İshaq Cahangiri şənbə günü Gürcüstanın yeni baş naziri Mamuka Baxtadzeyə ünvanlanmış təbrik müraciətində Tehran və Tiflis arasında əməkdaşlıqların genişləndirilməsi üçün mövcud olan potensiallara işarə edərək, deyib: Ümidvaram Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmağınız ilə iki ölkə əlaqələrində daha artıq inkişafın şahidi olacağıq. 

Gürcüstanın keçmiş baş naziri Giorgi Kvrikaşvili 13 iyun tarixində iki yeniyetmənin qətli ilə əlaqədar aparılan məhkəmə prosesinə edilən etirazların ardınca öz vəzifəsindən istefa verdi. Bir gün sonra hakim partiya Mamuka Baxtadzeni yeni baş nazir olaraq parlamentə təqdim etdi. 

Gürcüstan parlamenti də fövqəladə iclas təşkil edərək, müvəqqəti hökumətin lehinə səs verib. 

Teqlər