İyul 01, 2018 08:48 Asia/Baku
  • Səudiyyə Ərəbistanı istehsalını 2 milyon barrel artıra bilməz
    Səudiyyə Ərəbistanı istehsalını 2 milyon barrel artıra bilməz

İranın Neft İxrac Edən Ölkələr Birliyindəki (OPEC) nümayəndəsi dünən gecə ABŞ prezidenti Donald Trampın Səudiyyə Kralını istehsalı əlavə 2 milyon barrel həcmində artırmağa çağırmasına münasibət bildirərkən deyib: Ərrəyadın belə bir potensialı yoxdur.

İRNA-nın verdiyi məlumata görə, Həsən Kazım Purərdəbili deyib: Səudiyyə belə bir addım atarsa bu onun OPEC-dən çıxması anlamına gələcək. 

İranın OPEC-dəki nümayəndəsi deyib: Bu birliyin 15 üzvü 22 iyunda Vyanada keçirilən 174-cü iclasda qərara gəldilər ki, gündəlik istehsalı bir milyon 200 min barrel azaltsınlar və maksimum istehsal səviyyəsini 32 milyon 500 min barreldə saxlayaraq sadəcə öhdəlikdən əlavə istehsal miqdarını azaldaraq maksimum istehsal səviyyəsinə öz sədaqətlərini 100 faizə çatdırsınlar. 

Tramp şənbə günü səhər çağı tvitterdə yazıb ki, O Səudiyyə Ərəbistanı kralını bu ölkənin neft istehsalını gündəlik 2 milyon barrel artırmağa çağırıb. 

ABŞ prezidenti bu çağırışın, İran və Venesuela neftinin istehsalının azalmasını ödəmək üçün edildiyini deyib. 

Amerika nüvə sazişindən çıxdıqdan sonra müttəfiqlərini İrandan neft idxalatını sıfıra endirməyə çağırıb. 

İranın neft naziri 19 iyunda Vyanada OPEC-in Trampdan əmr almadığını bildirərək demişdi ki, neftdən digər ölkələrə qarşı silah və siyasi vasitə kimi istifadə edilməməlidir. 

Bijən Zəngənə bildirib ki, OPEC-də hərhansı qərar üzvlər arasında birgə razılığı tələb edir. 

Teqlər