Yaponiyanın İrandan neft idxalatı
Yaponiya dövlətinin rəsmi statistikası göstərir ki, bu ölkə 2017-ci ildə orta hesabla İrandan gündəlik 172 min barrel neft alıb.
İRNA-nın verdiyi məlumata görə, bu rəqəm ayda 5 milyon barrelə bərabərdir və göstərir ki, Tokyo İran neftinin əsas müştərilərindəndir.
Bu hesabatda Yaponiya neftayırma zavodlaının İran neftini sürətlə ABŞ neftin ilə əvəz etməkdə olduqları bildirilsə də bu geniş hal almayıb ona görə ki, Yaponiyanın sadəcə bir neftayırma zavodu Amerikadan neft almaq niyyətindədir.
ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxdıqdan sonra öz müttəfiqlərindən Tehrana qarşı iqtisadi sanksiyaların bir hissəsi olaraq İrandan neft idxalatını dayandırmalarını istəyib.
İranın neft naziri Bijən Namdar Zəngənə19 iyunda Vyanada OPEC-in ABŞ prezidentindən əmr almadığını bildirərək deyib: Neftdən ölkələrə qarşı silah və siyasi vasitə kimi istifadə edilməməlidir.
Trampın ƏMTP-dən çıxması və İrana qarşı sanksiyaların bərpası ABŞ daxili və beynəlxalq səviyyədə geniş etirazlara səbəb olub.