İyul 03, 2018 12:20 Asia/Baku
  • İran 14 ölkədə humanitar fəaliyyət göstərir
    İran 14 ölkədə humanitar fəaliyyət göstərir

İranın Qırmızı Aypara Cəmiyyətinin səhiyyə, müalicə və reabilitasiya məsələləri üzrə müavini İranın 14 ölkədə humanitar fəaliyyətlər göstərdiyini bildirib.

İRNA-nın məlumatına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin səhiyyə, müalicə və reabilitasiya məsələləri üzrə müavini Həsən Səffariyyə çərşənbə axşamı günü deyib: Qırmızı Aypara Cəmiyyətinin ölkədən kənar sağlamlıq üzrə baş idarəsi verilən tapşırıq və məqsədlərə əsasən, bacarıqlı insan resursundan istifadə etməklə hazırda 8 Afrika ölkəsi, 2 Latın Amerikası, 4  qonşu ölkədə humanitar və insanların sağlamlıqları ilə  əlaqədar proqramları icra etməkdədir. 

Səffariyyə bildirib: Qırmızı Aypara Cəmiyyətində reabilitasiya 55 illik keçmişə malikdir. Qırmızı Aypara Cəmiyyəti illərdir bu sahədə müraciətlərə əsasən faydalı və effektiv fəaliyyətlər göstərməkdədir. 

Teqlər