Ruhani: İranın siyasətinin əsası dünya ilə konstruktiv anlaşmadır
İran İslam Respublikası prezidenti nüvə müzakirələri və nüvə sazişini İranın beynəlxalq razılaşmalara sadiq qalmasının göstəricisi adlandırıb və deyib: İran İslam Respublikasının siyasətinin əəsası dünya ölkələri ilə konstruktiv anlaşmadır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Berndə isveçrəli həmkarının iştirakı ilə keçirilən İran və İsveçrə iqtisadi və ticarət fəallarının iclasında bildirib: İran İslam Respublikası dünya ilə qanuni, dostluq və konstruktiv münasibətlərin tərəfdarıdır və bu sahədə öz rolunu düzgün şəkildə yerinə yetirib.
İran prezidenti bəzi ölkələrin dünyada öz qeyri-qanuni rəftarlarını yaymağa çalışmalarına toxunaraq deyib: İran və İsveçrə beynəlxalq qanunlar və öz xalqlarının mənafeyi çərçivəsində ikitərəfli ticarət və iqtisadi münasibətləri davam etdirməkdə qətiyyətlidirlər.
İran və İsveçrənin ikitərəfli əməkdaşlıqlarının inkişaf etdirilməsinə toxunan Ruhani bildirib: İş adamları, sənətkarlar və sahibkarlar iki ölkənin, əsasən də dərman preparatları, tibbi ləvazimatlar, ərzaq maddələrinin istehsalı sahəsindəki mənafeyinə əsasən ikitərəfli münasibətləri genişləndirə bilərlər.
İsveçrə prezidenti Alain Berset də bu iclasda İranla əməkdaşlığın inkişaf və davam etdirilməsini qeyd edərək bildirb: İki ölkə rəsmilərinin bugünkü müzakirələrində elm və araşdırm, səhiyyə, nəqliyyat sahələrində İsveçrə və İran üçün çox önəmli olan razılaşmalar imzalanacaq.