İyul 07, 2018 12:24 Asia/Baku
  • 2017-ci il iyun terror hücumları amillərinin edam hökmü icra olunub
    2017-ci il iyun terror hücumları amillərinin edam hökmü icra olunub

Tehranda İran İslam Şurası Məclisinə və İmam Xomeyni(r.ə)-in pak ziyarətgahına qarşı hücumlarla bağlı İŞİD terror qrupu üzvlərindən səkkiz nəfərin edam hökmü şəri və qanuni qaydalara riayət olunmaqla icra edilib.

İŞİD terror qrupunun tabeliyində olan ünsürlərin 2017-ci il iyunun yeddisində Tehranda İran İslam Şurası Məclisinə və İmam Xomeyni(r.ə)-in pak ziyarətgahına qarşı hücumlarında on yeddi nəfər şəhid olmuş, bir qrup insan da yaralanmışdı.

Bu səkkiz nəfər İran İslam Şurası Məclisinin binasına qarşı hücumda bir qrup günahsız insanın şəhid edilməsi və yaralanmasının əsas amilləri ilə birbaşa həmkarlıq edibdir. Həmin səkkiz nəfər İŞİD terror qrupu amillərinin məqsəd və niyyətlərindən xəbərdar olaraq, onlara maliyyə və silah dəstəyi veribdir.

Tehran İslam İnqilabı Məhkəmələrinin rəisi Musa Qəzənfərabadi 2018-ci il mayın 13-də belə deyib: İran İslam Şurası Məclisinə və İmam Xomeyni(r.ə)-in pak ziyarətgahına qarşı hücumların terror amillərinin mühakiməsi yeddi məhkəmə iclasında keçirilibdir ki, səkkiz nəfər "əfsad fi-ul-ərz"də iştirakda müqəssir bilinərək, edam olunubdur.

Teqlər