İyul 08, 2018 19:58 Asia/Baku
  • İran COMCEC beynəlxalq proqramının qalibi oldu

İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatının İqtisadi-Ticarət Əməkdaşlığı Daimi Komitəsinin beynəlxalq proqramının qalibi olub.

İran Hökuməti portalının məlumatına görə, "yerli cəmiyyətlərin iştirakı ilə islam ölkələrinin davamlı turist parkları şəbəkəsi" adlı İranın beynəlxalq proqramı İran, Türkiyə və Qırğızıstanda pilot olaraq icra ediləcək.

Bu proqramda məqsəd, turizmin proqramlaşdırılması, idarə və icra edilməsinin yerli sakinlərə tapşırılmasıdır. Belə ki, onlar bölgənin turizminin idarə olunmasında iştirak edə bilsinlər.

İran İslam Respublikasının təklif etdiyi layihə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi-Ticarət Əməkdaşlığı Daimi Komitəsinin katibliyinə göndərilən 100-dən çox layihə arasından seçilib.

Teqlər