İranın riyaziyyat üzrə olimpiada komandasının beynəlxalq uğuru
https://azeri.sahartv.ir/news/İran-i317524-İranın_riyaziyyat_üzrə_olimpiada_komandasının_beynəlxalq_uğuru
İran İslam Respublikasının riyaziyyat üzrə olimpiada komandası 59-cu beynəlxalq riyaziyyat olimpiadasında bir qızıl, üç gümüş və bir bürünc medal, həmçinin bir fəxri diplom qazanaraq, dünya üzrə 19-cu olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2018 04:13 Asia/Baku
  • İranın riyaziyyat üzrə olimpiada komandasının beynəlxalq uğuru
    İranın riyaziyyat üzrə olimpiada komandasının beynəlxalq uğuru

İran İslam Respublikasının riyaziyyat üzrə olimpiada komandası 59-cu beynəlxalq riyaziyyat olimpiadasında bir qızıl, üç gümüş və bir bürünc medal, həmçinin bir fəxri diplom qazanaraq, dünya üzrə 19-cu olubdur.

Bu olimpiadada Mohəmməd Şərifi Kiyasəri qızıl, Erfan Moini, Əhməd Rəməzanpur və Mohəmməd Şahverdi Kondori gümüş və Mohəmməd Əmin Şərifi bürünc medallar, Əbolfəzl Şirməhəlleyi isə fəxri diplom alıblar.

59-cu beynəlxalq riyaziyyat olimpiadası iyulun 7-dən 14-dək Rumıniyanın Napoka şəhərində keçirilib. Yarışların nəticələrinə əsasən, Amerika, Rusiya və Çin komandaları müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutublar.