İranın qərbində bir terror dəstəsi məhv edilib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Nəcəf Qərargahının ictimai əlaqələr şöbəsi İranın qərbində, Kermanşah vilayətində yerləşən Novdeşəh sərhəd məntəqəsində bir terror dəstəsinin məhv edilməsindən xəbər verib.
Sepah-ın quru qoşunlarının Nəcəf Qərargahının ictimai əlaqələr şöbəsinin yaydığı bəyanatda deyilir: Bir əksinqilabçı terror dəstəsinin Noveşəh sərhəd məntəqəsində ölkə ərazisinə nefuz etməsinin ardınca Nəcəf qərargahının qüvvələri bu terror dəstəsinin üzvlərinin kimliyini müəyyən edərək, onları təqibə alıb. Təxribatçılıq törətmək niyyətində olan bu terror dəstəsi şənbə günü çıxan toqquşmada Nəcəf qərargahının qüvvələri tərəfindən tamamilə məhv edilib.
Bu bildirişdə həmçinin deyilir: Bu toqquşmada 3 terrorçu məhv edilib, daha bir terrorçu da yaralanıb. Həmçinin, terrorçuların üzərinə baxış keçirilərəkən silah, hərbi sursat və təchizat aşkar və müsadirə edilib.
Nəcəf qərargahının ictimai əlaqələr şöbəsi əlavə edib: Bu toqquşmada İranın təhlükəsizlik qüvvələrindən biri şəhid olub.
Məlumatda Sepah və təhlükəsizlik qüvvələrinin əks-inqilabçı qüvvələrin istənilən hərəkətini nəzarət altında saxladığı da qeyd olunub.
Ötən iyun ayında da İranın şimal-qərbində, Uşnəviyə məntəqəsində bir terror dəstəsi aşkar və onun yeddi üzvünün hamısı məhv edilmişdi.