İranın hərbi rəsmisi pakistanlı hərbi rəsmi ilə görüşüb
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Pakistan ordusunun quru qoşunları komandanı bu gün İslamabadda görüşərək, ikitərəfli əlaqələrin genişləndirilməsi, regional təhlükəsizlik, sərhəd təhlükəsizliyi və müdafiə həmkarlığı barədə danışıblar.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant pasdar Mohəmməd Baqeri bu gün Pakistan ordusunun quru qoşunları komandanı Qəmər Cavid Bacva ilə görüşdə Pakistandakı son terror hücumlarını pisləyərək, qüvvələrin təlimi və müdafiə sahəsi xüsusiyyət təşkil etməklə əlaqələrin genişləndirilməsi istiqamətində ikitərəfli həmkarlığın vacibliyini vurğulayıb.
Qəmər Cavid Bacva da bu görüşdə İran və Pakistan hərbi əməkdaşlığının yüksəldilməsini zəruri sayıb və belə əlavə edib: İki ölkənin həmkarlığı regionda sülh və təhlükəsizliyə müsbət təsir göstərəcək.
Pakistan ordusunun quru qoşunları komandanı Qəmər Cavid Bacvanın dəvətilə bazar günü İslamabada səfər etmiş general-leytenant pasdar Baqeri və İran İslam Respublikasının bir qrup yüksək rütbəli hərbi rəsmisi Pakistanın prezidenti Məmnun Husəyn, bu ölkənin xarici işlər nazirlyinin məsul şəxsləri və hərbi rəsmiləri ilə görüşməlidirlər.