İran və Pakistan terrorizm ilə müştərək mübarizəyə təkid ediblər
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Palkovnik Məhəmməd Baqiri və Pakistan ordusu quru qoşunlarının komandanı General Qəmər Cavid Bacva dünən gecə müştərək bəyanat veriblər.
İRİB-in verdiyi məlumata görə, İranın baş qərargah rəisinin Pakistana səfərinin sonunda yayılan bu bəyanatda iki ölkə təhlükəsizlik sahəsində və terrorizm ilə mübarizə eləcə də bu sahədə informasiya mübadiləsi üçün qarşılıqlı əməkdaşlıqlar istiqamətində mükəmməl hərbi çərçivəyə nail olmaq üçün razılaşıblar.
Bəyanata görə, iki tərəf İran və Pakistanın sərhədyanı ərazilərində təhlükəsizliyin gücləndirilməsi üçün müştərək əməliyyatlarda davamlı əməkdaşlıqlar və bu istiqamətdə danışıqların davam etdirilməsini razılaşdırıblar.
Beynəlxalq metodlardan, regional qanunlardan sərhəd təhlükəsizliyi üçün faydalanmaq və bu istiqamətdə əməkdaşlıq, müştərək bəyanatın bəndlərindən birini təşkil edir.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Pakistan ordusu quru qoşunlarının komandanının müştərək bəyanatında həmçinin tərəflər bildiriblər ki. öz ərazilərindən digər ölkənin ərazilərinə təcavüz üçün istifadə edilməsinə imkan verməyəcəklərini vurğulayıblar.
İki tərəf həmçinin xüsusiylə İŞİD kimi çox milliyyətli terrorçular qarşısında regionda sülh və təhlükəsizliyin güclənməsi istiqamətində öz məsuliyyət və öhdəliklərini vurğulayıblar.
General Məhəmməd Baqiri bazar günü General Qəmər Cavid Bacuanın dəvəti ilə Pakistan paytaxtı İslamabada daxil olub.