İyul 20, 2018 14:55 Asia/Baku
  • Ayətullah Xatəmi istənilən korrupsiya ilə mübarizəni vurğuladı
    Ayətullah Xatəmi istənilən korrupsiya ilə mübarizəni vurğuladı

Tehranın cümə namazının xitabətçisi istənilən korrupsiya ilə ciddi mübarizəni vurğulayıb.

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Əhməd Xatəmi prezident və Nazirlər Kabineti üzvlərinin İslam İnqilabının Böyük Rəhbəri ilə son görüşü, İnqilab Rəhbərinin inqilab ruhiyyəsi və istiqamətlənməni qorumaq və gücləndirmək, yerli istehsal və potensiallara arxalanmaq, müqavimət iqtisadiyyatı siyasətlərinin dəqiq icra olunmasına dair tövsiyələrinə toxunaraq deyib: İstənilən korrupsiya halları, xüsusilə də beytül-mala təcavüz edənlərlə ciddi mübarizə aparılmalıdır.

Tehranın cümə namazının bu həftəki xətibi əlavə edib: Korrupsionerlərlə davranışda meyar sadəcə qanundur və hər hansı mövqe və ya qurumda olan korrupsiyaçılarla qətiyyətli şəkildə davranmaq lazımdır.

Ayətullah Xatəmi korrupsiya ilə mübarizə üçün nəzarət qurumlarının açıq-aşkar və gizli nəzarətinin zəruri olduğunu bildirərək deyib: Quruluşun əsas sahibi olan xalqa şəffaf, aydın, açıq-aşkar və dəqiq hesabat verilməlidir.

Ayətullah Xatəmi Tehranın cümə namazı xütbələrinin davamında müxtəlif ölkələrlə əməkdaşlıqda hökumətin diplomatiyasının İran İslam Respublikası Konstitusiyasına əsaslandığını bildirərək deyib: İzzət, hikmət və məsləhət siyasətinə əsasən, dünyanın bütün ölkələri ilə əlaqə qurmaq lazımdır. Və prezidentin müxtəlif ölkələrə quruluşun siyasəti və mövqelərini elan etmək üçün göndərdiyi son elçilər bu siyasətə əsaslanıb.

Teqlər