İyul 22, 2018 14:40 Asia/Baku
  • Laricani: ABŞ və sionist rejim regionun destabillik amilləridir

İslam Şurası Məclisinin sədri deyib: İsrail rejimi parlamentinin rasist "Yəhudi ölkəsi" layihəsini təsdiqləməsi ABŞ və sionist rejimin regionda destabilliyi alovlandırmaq üçün hər bir bəhanədən istifadə etdiklərini göstərir.

Sionist rejim parlamenti ötən cümə axşamı 19 iyulda irimiqyaslı etirazlara rəğmən rasist "Yəhudi ölkəsi" layihəsini təsdiqləyib.

Rasist "Yəhudi ölkəsi" qanunu Fələstini sionistlərin ərazisi hesab və fələstinliləri vətəndaşlıq və insan haqlarından məhrum edir.

Əli Laricani bu gün parlament plenar iclasının əvvəlində bildirib: ABŞ və sionist rejim bütün beynəlxalq qaydalara zidd şəkildə sionist rejim parlamentində tam rasist bir qərarı təsdiqlədilər. Bu layihə öz ata-baba yürdlərində fələstinlilərin bütün haqlarını inkar edir, onu bütövlükdə yəhudiləşdirir və ivrit dili ilə adlandırır.

İran parlamentinin sədri regional məsələlər haqda da deyib: İslam Respublikası son illərdə təxribatçı terrorizm cərəyanının təhlükəsini aradan qaldırmaq üçün bütün səylərindən istifadə edib. Belə ki, Suriya və İraqda İŞİD və başqa terror qrupları regionun stabilliyini poza bilməsinlər. Hamı bilir ki, regiondakı terrorizm cərəyanının arxasında böyük qüdrətlər və regionun bəzi nadan ölkələridir. Amma xalqın müqaviməti ilə terrorizm cərəyanının beli qırıldı.

Teqlər