İran və Çin günəş elektrik stansiyasının inşası haqda memorandum imzalayıblar
https://azeri.sahartv.ir/news/İran-i318292-İran_və_Çin_günəş_elektrik_stansiyasının_inşası_haqda_memorandum_imzalayıblar
İranın Qom vilayətinin valisi və Çinin Norinko şirkətinin sərəncamçı müdiri Qomda altmış meqavatlıq günəş elektrik stansiyasının inşası haqda memorandum imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2018 08:01 Asia/Baku
  • İran və Çin günəş elektrik stansiyasının inşası haqda memorandum imzalayıblar
    İran və Çin günəş elektrik stansiyasının inşası haqda memorandum imzalayıblar

İranın Qom vilayətinin valisi və Çinin Norinko şirkətinin sərəncamçı müdiri Qomda altmış meqavatlıq günəş elektrik stansiyasının inşası haqda memorandum imzalayıblar.

Bu anlaşma sənədinə əsasən, Çinin Norinko şirkəti təqribən otuz beş milyon dollarlıq sərmayə yatırımı ilə altı ay müddətinə günəş elektrik stansiyasının otuz meqavatlıq birinci blokunu inşa etməlidir.

Qom valisi Seyid Mehdi Sadeqi bu memorandumun imzalanması mərasimində günəş enerjisinə diqqəti İranın mühüm siyasətlərindən adlandırıb və deyib ki, bu anlaşma sənədinin imzalanması İran və Çinin müxtəlif sahələrdəki həmkarlığının yaxşı keçmişini göstərir.

Çinin Norinko şirkətinin İran filialının direktoru Jan Tszyan da bu mərasimdə deyib: Bu elektrik stansiyasının tikilməsi üzrə lazımi lisenziyalar alınıb və onun inşa işləri avqust ayından başlanacaqdır.