Haaqa Məhkəməsi İranın ABŞ əleyhinə şikayətinə baxılacaq zamanı açıqladı
İran İslam Respublikası Prezident Administrasiyasının Beynəlxalq Hüquq İdarəsinin rəisi deyib: Beynəlxalq Haaqa Məhkəməsi İranın ABŞ əleyhinə şikayətinə baxılacaq zamanı açıqlayıb: 27 avqust 2018-ci il.
Beynəlxalq Haqa Məhkəməsi çərşənbə günü ABŞ dövlət katibi Mayk Pompeoya xitabən rəsmi bir məktubda İranın ABŞ əleyhinə şikayət ərizəsinə baxılacaq zamanı elan etməklə yanaşı, Vaşinqtona İran əleyhinə sanksiyaları birtərəfli şəkildə bərpa etməsinə dair xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası Prezident Administrasiyasının Beynəlxalq Hüquq İdarəsinin rəisi Möhsün Mühibbi deyib: İran məsələnin təcili xarakter daşımasını və ABŞ-ın İrana qarşı sanksiyaları birtərəfli qaydada bərpa etməsindən yaranacaq mənfi təsirləri nəzərə alaraq, ABŞ əleyhinə Beynəlxalq Haaqa Məhkəməsinə şikayət edərək, Beynəlxalq Haaqa Məhkəməsindən şikayətin araşdırıldığı müddət ərzində ABŞ-a sanksiyaları bərpa etməsini qadağan etməsini istəyib.