Zərif Filippin, Türkiyə və Yaponiyadan olan həmkarları ilə görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Cənub-Şərqi Asiya Birliyi- ASEAN-a üzv ölkələrin xarici işlər nazirlərinin Sinqapurda keçiriilən 51-ci iclasının kənarında bu birliyə üzv ölkələrin xarici işlər nazirlərindən bir neçəsi ilə görüşüb.
Məhəmməd Cavad Zərif bu gün Sinqapurun baş naziri Li Hesin Lonq ilə görüşdən əlavə, Filippin, Türkiyə və Yaponiyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Bu görüşlərdə ikitərəfli əlaqələr, nüvə anlaşması ilə bağlı mövzular, eləcə də ən mühüm regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.
Qərar üzrə İran İslam Respublikasının xarici işlər naziri bu gün axşam da Malayziya, İndoneziya və Rusiyadan olan həmkarları ilə ayrıca görüşlər keçirməlidir.
ASEAN-a üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi günündən Sinqapura toplaşıblar ki, regional və bu birliklə bağlı regiondan kənar məsələlər və TAK müahidəsi barədə danışıqlar aparsınlar.
ASEAN birliyi Malayziya, İndoneziya, Tailand, Vyetnam, Kamboca, Filippin, Sinqapur, Myanma, Laos və Bruney ölkələrindən təşkil olunub.
İran xarici işlər nazirinin Sinqapura səfərində İran ilə ASEAN birliyi arasında dostluq müahidəsi imzalanmalıdır.
İran hökumətinin məsləhət şurası bu il iyulun beşində İranın Cənub-Şərqi Asiya üzrə dostluq və əməkdaşlıq paktı-TAK-a qoşulması layihəsini təsdiq etdi.
Cənub-Şərqi Asiya üzrə dostluq və əməkdaşlıq paktı 1976-cı ilin fevralında İndoneziya, Malayziya, Tailand, Filippin və Sinqapur tərəfindən imzlanıb və hazırda otuz ölkə ona qatılıbdır.