Braziliya İranın ticarət nəqliyyatı bazarına daxil olmağa hazırlığını elan etdi
İranın Sənayenin İnkişafı və Yenilənməsi Təşkilatının Beynəlxalq Əlaqələr İdarəsinin müdiri deyib: Braziliyalı avtomobil istehsalçıları İranın ticarət nəqliyyatı bazarına daxil olmağa hazır olduqlarını elan ediblər.
İRNA-nın məlumatına görə, Seyid Əli İraqçı deyib: Braziliyanın Tehrandakı səfiri Rodriqe De Azeredo Santos braziliyalı avtomobil istehsalçıları ilə birlikdə İranın sənaye, mədən və ticarət nazirinin müavini Mənsur Müəzzəmi ilə görüşdə birgə sərmayə qoyuluşuna, sənaye layihələrinin maliyyələşdirilməsinə və xüsusilə ticarət nəqliyyatı sektorunda fəaliyyətə maraqlı olduqlarını elan edib.
İraqçı həmçinin deyib: Braziliya hökuməti Xarici Ticarət üzrə İnvestisiya Komitəsi və İnvestisiyanın İnkişafı Fondunun Ticarət Mərkəzi çərçivəsində bu ölkə səfirinə xüsusilə avtomobil sənayesi üzrə ticarət əlaqələrinin yaradılması üçün tam səlahiyyət verib. Və Braziliya hökuməti bu ticarət əlaqələri üçün ilkin mərhələdə 1.2 milyard avro vəsait ayırıb.
İranın Sənayenin İnkişafı və Yenilənməsi Təşkilatının Beynəlxalq Əlaqələr İdarəsinin müdiri həmçinin deyib: Cari avqust ayında Braziliyanın bank mütəxəssisləri və texniki kadrlarından ibarət işçi qrupu daha artıq müzakirə aparmaq məqsədilə İrana səfər edəcək.