İraqın Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı sanksiyaları ilə müxalifət etdi
İraqın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, İranın İraq üçün etdiklərini alqışlayıb və dünya ictimaiyyətindən ABŞ-ın İrana qarşı sanksiyaları ilə mübarizə aparmasını istəyib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraqın Xarici İşlər Nazirliyi bu bəyanatda bildirib: ABŞ-ın İrana qarşı sanksiyalarının İraq və bütün region üçün böyük mənfi təsiri olacaq. Çünki, İran və İraq qonşu ölkələrdirlər və çox önəmli bir regionda yerləşiblər.
Bu bəyanat ilə yanaşı İraqın "Əsaibül-Həqq" cərəyanı da bir bəyanat yayaraq, ABŞ-ın İrana qarşı sanksiyalarını bütün beynəlxalq qaydalara zidd adlandırıb.
Bundan öncə ABŞ-ın İrana qarşı sanksiyaları İraqda müxtəlif qruplar və tanınmış simalar tərəfindən ciddi tənqidlərə məruz qalıb.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü 6 avqustda İrana qarşı bir sıra nüvə sanksiyalarını bərpa etdi.
Amerikada Trampın hakimiyyətə gəlməsi ilə Vaşinqtonun İrana qaraşı düşmənçilik siyasətləri daha qabarıq hal almağa başlayıb.
İran regionda ABŞ və İsrailin fitnə planlarının zərərsizlədirilməsində başlıca rola malikdir.