İranın kooperasiya, əmək və sosiyal rifah naziri kənarlaşdırıldı
Avq 08, 2018 20:16 Asia/Baku
İran İslam Şurası Məclisinin üzvləri Əli Rəbiyinin kooperasiya, əmək və sosiyal rifah naziri kimi fəaliyyətini davam etdirməsi ilə müxalifət ediblər.
İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin üzvləri çərşənbə günü 129 lehinə, 113 əleyhinə və 3 bitərəf səs ilə Əli Rəbiyinin kooperasiya, əmək və sosiyal rifah naziri kimi fəaliyyətini davam etdirməsi ilə müxalifət edib.
İranın kooperasiya, əmək və sosiyal rifah naziri Əli Rəbiyinin izahat verməsi üçün parlamentə çağırılması tələbi ötən çərşənbə günü 40 millət vəkili tərəfindən irəli sürülmüşdü.
Rəbiyi bundan öncə 13 mart 2018-ci ildə də izahat vermək üçün parlamentə çağırılmışdı. Amma, o zaman parlamentdən etimad rəyi almağı bacarmışdı.