Avq 10, 2018 21:27 Asia/Baku
  • Beynəlxal Energetika Agentliyi İrana qarşı neft sanksiyası barədə xəbərdarlıq edib
    Beynəlxal Energetika Agentliyi İrana qarşı neft sanksiyası barədə xəbərdarlıq edib

Beynəlxalq Energetika Agentliyi(IEA) özününü son hesabatında Amerikanın İrana qarşı sanksiyaları və onun neftin dünya bazarlarındakı təqdiminə təsiri barədə xəbərdarlıq edib.

Röytersin verdiyi məlumata görə, IEA bu gün aylıq hesabatında bildirib ki, Amerikanın İranın neft satışına sanksiya tətbiq etməsi neftin dünya bazarlarında təqdiminə əsaslı təsir edə və bu bazarda əlavə istehsal potensialına təzyiqi artıra bilər. 

Hesabatda deyilir: İrana qarşı neft sanksiyaları icraya başlayarsa xam neftin istehsal və təqdimində bir çox problemlər yaranacaq və bu da əlavə istehsal potensialını təzyiq altına alacaq. 

IEA hesabatı elə bir şəraitdə yayılır ki, Amerika 7 avqustda İrana qarşı sanksiyaları yenidən bərpa edib və noyabrın əvvəllərindən neft sanksiyalarına start vermək niyyətindədir. 

IEA öncə də İrana qarşı sanksiyaların dünya bazarına mənfi təsirləri barədə xəbərdarlıq etmişdi. 

Hesablamalara görə, neft istehsalçılarının heç biri istehsalı qəfildən kifayət edəcək miqdarda artırmaq qabiliyyətinə malik deyil və İran neftinin ixracatında hərhansı azalma dünya bazarına şok təsiri buraxacaq. 

Digər tərəfdən Amerika dövləti İrandan neft idxalatını dayandırmaq üçün ölkələri qane etməkdə nakam qalıb və bu sahədəki siyasətləri dalana dirənib. 

ABŞ siyasətlərinə qarşı çıxan ölkələr arasında Çin və Hindistan əsas yerdə durur. Bu ölkələr İrana qarşı sanksiyalara qatılmayacaqlarını bildiriblər. 

Teqlər