Zərif: Trampın Türkiyəyə iqtisadi problemləri qəbul etdirməkdən məst olması utancgətiricidir
İranın xarici işlər naziri Amerikanın Türkiyəyə qarşı yeni sanksiyalarına reaksiyada vurğulayıb ki, Amerika prezidenti Donald Trampın Türkiyəyə iqtisadi problemləri qəbul etdirməkdən məst olması utancgətiricidir.
Məhəmməd Cavad Zərif bu gün öz twitter səhifəsindəki mesajında Tramp dövlətinə xəbərdarlıq edib ki, sanksiyaya və zorakılığa olan aludəçiliyini kənara qoysun, əks halda, bütün dünya Vaşinqtona qarşı müttəfiq olacaq.
Zərif bu mesajda İranın Türkiyəni himayə etdiyini bildirərək, vurğulayıb: Biz bundan öncə də qonşularımızın kənarında dayanmışıq və indi də bir daha həmin işi görəcəyik.
Amerikanın maliyyə nazirliyi son zamanlar, Türkiyədə həbsdə olan amerikalı keşiş Andro Brunsonun həbs edilməsində rol oynadıqlarına görə, Türkiyənin ədliyyə naziri Əbdulhəmid Gülü və daxili işlər naziri Süleyman Soylunu sanksiya edibdir.
Türkiyə dövləti terror hərəkətləri və Fəthullah Gülən təşkilatı ilə əlaqədə olmaq ittihamı ilə 2016-cı ilin oktyabrında Andro Brunsonu həbs etdi.
İranın xarici işlər naziri bundan öncə də ABŞ-ın Türkiyəyə qarşı qanunsuz sanksiyalarını pisləmişdi.