İran və Rusiya arasında tibbi təhsil üzrə müqavilə imzalanıb
Avq 14, 2018 14:22 Asia/Baku
-
İran və Rusiya arasında tibbi təhsil üzrə müqavilə imzalanıb
İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini çərşənbə axşamı günü İran İslam Respublikası və Rusiya Federasiyası arasında tibbi təhsil müqaviləsinin imzalanmasından xəbər verib.
İSNA-nın məlumatına görə, Baqir Laricani xatırladıb: Bu müqaviləyə əsasən İran və Rusiya tibbi təhsil, müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlıqları genişləndirəcəklər.
İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İran İslam Respublikası və Rusiya Federasiyasının səhiyyə sahəsindəki münasibətlərini strateji və uzunmüddətli adlandırıb və deyib: İki ölkə İran və Rusiyanın tibbi təhsil sektorunda əməkdaşlıqlarını yüksəltmək məqsədilə birgə işçi qrupunu təşkil etmək üzrə razılığa gəlib.
Teqlər