Cahangiri: Amerika ilə müzakirə qəbulolunası deyil
İran İslam Respublikası prezidentinin birinci müavini Amerikanın İrana qaşrı düşmən mövqelərinə və nüvə sazişindən birtərəfli çıxmasına toxunaraq deyib: ABŞ dövlətinin İrana qarşı hörmətsizliklə yanaşı düşmən siyasətini nəzərə alaraq Vaşinqtonla müzakirə qəbulolunası deyil.
İRNA-nın verdiyi məlumata görə, İshaq Cahangiri dünən axşam İranın birincilər sırasında olan universitetlərinin rektorlar və müəllimlərinin iclasında Amerika və onun tabeliyində olan mediyanın İrana qarşı psixoloji müharibəsinə toxunaraq deyib: Amerika İrana təzyiqlər göstərməklə İran İslam Respublikasını geri oturtmaq və təslim etmək istəyir amma xalq və rəsmilərin səyləri ilə düşmənlər nakam qalacaqlar.
İİR vitse prezidenti son 4 ay ərzində İranın ötən ilin oxşar dövrü ilə müqayisədə neft satışı və valyuta gəliri baxımından daha yaxşı mövqedə olduğunu bildirərək deyib: İran müxtəlif durumlarla qarşılaşmaq üçün lazımı tədbirlər görüb.
ABŞ prezidenti Donald Tramp cari il mayın 8-də bir tərəfli qaydada İran ilə imzalanmış beynəlxalq nüvə sazişindən çıxdı.
Tramp avqustun 8-də də bir fərman imzalayaraq İrana qaşrı Amerikanın avtomobil və qızıl üzrə qeyri-qanuni sanksiyalarını bərpa etdi.