Ruhani: Düşmən İranı məğlub etmək arzusunu gora aparacaq
İran İslam Respublikası prezidenti düşmənin İrana təzyiq göstərərək xalqın məişətində problem yaratmaq niyyətində olduğunu bildirərək deyib: Düşmən İranı məğlub edə bilməyəck və bu arzunu gora aparacaq.
Həsən Ruhani bu gün nazirlət kabinetində etdiyi çıxışında İran xalqı və rəsmilərinin biri biri ilə əməkdaşlıqla düşmənin öz məqsədlərinə nail olmasına imkan verməyəcəklərini bildirərək deyib: Düşmən əzəmətli iran xalqını qeyri-qanuni və rəhmsiz təzyiqlərlə məğlub edə bilməz.
Ruhani İranın bütün dünya ilə qarşılıqlı əlaqə və müzakirədə olduğunu bildirərək Amerikanın İranla müzakirə təklifi barədə deyib: Amerika etdiyi hərəkətlərlə müzakirə şəraitini məhv edib.
İİR prezidenti İraq, Suriya və Livan, hətta Afrikanın şimalı xüsusiyyət təşkil etməklə regionda ötən illərlə müqayisədə daha möhkəm təhlükəsizliyin bərqərar olunmasından razı qaldığını bildirərək deyib: Ümid edirik Yəmən də yaxın gələcəkdə təhlükəsizlik və stabilliyin şahidi olacaq və təcavüzkarlar müharibə və təcavüzün doğru və düzgün seçim olmadığını, düz yolun sülh, müzakirə və razılaşma olduğunu başa düşəcəklər.
Ruhani Qazaxıstanda keçirilən xəzəryanı ölkələrin son sammit iclasında imzalanmış Xəzər dənizinin hüquqi konvensiyasına işarə edərək deyib: Bu konvensiyanın önəmli nailiyyətlərindən biri Xəzər dənizinin təhlükəsizlik və sabitliyidir və bu ABŞ-ın və hətta NATO-nun bu dənizdə fəaliyyət planlarını puça çıxarmış oldu.