Avq 24, 2018 13:24 Asia/Baku
  • Zərif: İranın Beynəlxalq Ədalət Məhkəməsində Amerikaya qarşı mövqeyi olduqca güclüdür

İran İslam Respublikasının xarici işlər naziri İranın Beynəlxalq Ədalət Məhkəməsində Amerikaya qarşı mövqeyini olduqca güclü adlandırıb və bildirib ki, amerikalılar təbliğat işlərinə rəvac verməklə məşğuldurlar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın, Amerikanın qanunsuz sanksiyaları yenidən tətbiq etdiyinə görə, bu ölkədən Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməsinə toxunaraq, deyib: İran Amerikanın nüvə anlaşmasından çıxmasından və sanksiyaları yenidən tətbiq etməsindən sonra 1955-ci ildəki dostluq və iqtisadi münasibətlər və konsulluq hüquqları müqaviləsinə əsasən, Amerikadan Beynəlxalq Ədalət Məhkəməsinə şikayət ərizəsi tənzim edibdir.

Zərif əlavə edib: Hərçənd amerikalılar nüvə anlaşmasından çıxandan sonra "yenidən müzakirə" məsələsini qaldırıblar, amma onlar bundan öncə əhdi pozublar və İran 1955-ci il müqaviləsinə əsasən, lazımi addımları atıbdır.

Amerika 1955-ci il dostluq və iqtisadi münasibətlər və konsulluq hüquqları müqaviləsinə əsasən, üzərinə öhdəlik götürmüşdü ki, İran vətəndaşları ilə insaflı rəftar edəcək və pul və bank əməliyyatlarına mane olmayacaqdır.

Teqlər