İranın ədliyyə naziri: Dünyanın qanunsuzluğa qarşı yeni hüquqi sistemlərə ehtiyacı var
-
İranın ədliyyə naziri: Dünyanın qanunsuzluğa qarşı yeni hüquqi sistemlərə ehtiyacı var
İranın ədliyyə naziri deyib: Beynəlxalq səviyyədə yeni problemlərlə qarşılaşmaq üçün bəzi dövlətlərin müstəqil ölkələrin mənafelərinə qarşı birtərəfli hərəkətlərinə qarşı yeni hüquqi sistemlər yaradılmalıdır.
İranın ədliyyə naziri Seyid Əlirza Avai dünən Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ədliyyə nazirlərinin 6-cı iclasında deyib: Beynəlxalq ictimaiyyət, özbaşınalıq, terrorizm, ifratçılıq, eləcə də regional səviyyədə beynəlxalq hüquq müahidələr və təşkilatların rolunun məhdudlaşması kimi bir çox problemlərlə üz-üzədir.
İranın ədliyyə naziri deyib: Beynəlxalq səviyyədə hazırkı hüquqi sistemlərlə qadın və uşaqlara qarşı hərəkətlər, beynəlxalq razılaşmaların pozulması və bu razılaşmaların birtərəfli şəkildə tərk edilməsi kimi bəzi dövlətlərin digər xalqların hüquqlarına qarşı təşəbbüsləri cavabsız qalır.
Avai bəzi dövlətlərin Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrə qarşı birtərəfli sanksiyalar tətbiq etmələrinə toxunaraq deyib: Bu sanksiyalar nəticəsində təhsil, müalicə və xüsusi dərmanlar kimi ilkin ehtiyacları olan qadın və uşaqların hüquqlarını pozur.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ədliyyə nazirlərinin 6-cı iclası dünən Şanxayda öz işinə başlayıb. Bu iclasda üzv ölkələrin Ədliyyə Nazirliklərinin təcrübələrinin mübadilə edilməsi, beynəlxalq təhdidlərə qarşı beynəlxalq əməkdaşlıqlar və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hüquq komissiyasının yaradılması kimi mövzular araşdırılacaq.
Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Pakistan və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının əsas, İran Əfqanıstan, Monqolistan və Belarus isə nəzarətçi üzvləridirlər.