İİR İŞM iqtisadiyyat və maliyyə nazirinə etimad etmədi
https://azeri.sahartv.ir/news/İran-i320867-İİr_İŞm_iqtisadiyyat_və_maliyyə_nazirinə_etimad_etmədi
İran İslam Şurası Məclisinin üzvləri Məsud Kərbasiyanın İranın iqtisadiyyat və maliyyə naziri kimi fəaliyyətini davam etdirməsi ilə müxalifət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2018 09:55 Asia/Baku
  • İİR İŞM iqtisadiyyat və maliyyə nazirinə etimad etmədi

İran İslam Şurası Məclisinin üzvləri Məsud Kərbasiyanın İranın iqtisadiyyat və maliyyə naziri kimi fəaliyyətini davam etdirməsi ilə müxalifət ediblər.

İran İslam Şurası Məclisinin üzvləri bugünkü açıq iclasın sonunda və Məsud Kərbasiyanın impiçment edilməsinin araşdırılması gedişində toplanmış 260 səsdən 137 lehinə, 121 əleyhinə və iki bitərəf səslə onu İranın iqtisadiyyat və maliyyə naziri vəzifəsindən uzaqlaşdırıblar.