İranın müdafiə naziri Suriya prezidenti ilə görüşüb
İran İslam Respublikası müdafiə naziri Suriya prezidenti ilə görüşündə Suriya ordusu və müqavimət qüvvələrinin terrorçulara qələbəsini təbrik edərək deyib: Sadəcə region xlalqları deyil həm də dünya xalqları Suriyada terrorçulara qarşı həyata keçən mübarizəyə borcludurlar.
İranın müdafiə naziri General-mayor Əmir Hatəmi bu gün Dəməşqdə Suriya prezidenti Bəşar Əsəd ilə görüşündə Suriyanın qalan ərazilrəinin də terrorçuların işğalından azad edilərək regionun təkfirçi terrorçulardan xilas olacağına suriyalı didəgrinlərin öz yurd-yuvalarına qayıdacaqlarına ümidvar olduğunu deyib.
Görüşdə Suriya prezidenti də Dəməşq ilə Tehran əlaqələrinin davamlı və möhkəm olduğunu vurğulayaraq iki ölkə əlaqələri barədəki şayiələrin uzun keçmişə malik olan bu münasibətlərə heç bir təsir etməyəcəyini bildirib.
İİR müdafiə naziri General-mayor Əmir Hatəmi bu gün Dəməşqə daxil olduqdan sonra suriyalı həmkarı Əli Abdullah Əyyub ilə görüşündə iki ölkənin terrorizm ilə mübarizə sahəsindəki əməkdaşlıqlarını müzakirə edib.